İsveçli turistlər AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar

İsveçli turistlər AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar

İsveçdən ölkəmizə gəlmiş bir qrup turist AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. SİA-nın xəbərinə görə, turistlərə Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin tarixi haqqında məlumat verilib, turistləri maraqlandıran suallar cavablandırılıb.


Ekskursiyanın sonunda turistlərə H.Cavidin "Məhəbbətdir ən böyük din" kitabı və sənətkarın oğlu Ərtoğrol Cavidin musiqisindən ibarət disk hədiyyə edilib. İsveçli qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə