Dənizdə batan üç nəfər xilas edilib

Dənizdə batan üç nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyini əməkdaşları dənizdə batan üç nəfəri xilas edib. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 3 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("sahil-1", "Zaqulba 3" sularda xilasetmə məntəqəsinin ərazilərində) və 1 nəfər Abşeron rayonu ərazisində dənizdə ("Corat" sularda xilasetmə məntəqəsindən təxminən, 2000 m sağda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşiblər. Həmin şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə