Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi şəhid ailələri ilə görüş keçirib

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi şəhid ailələri ilə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək" layihəsi çərçivəsində 25 iyun 2012-ci il tarixində, müharibədən zərər çəkmiş vətəndalara Azərbaycan Respublikası Qanunun tətbiqi, onların sosial-təhsil problemləri ilə maraqlanmaq və maarifləndirmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində məcburi köçkünlərin məskunlaşdığı yataxanada qaçqın ailələri ilə görüş keçirilib.

SİA-nın verdiyi məlumata görə, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamaliyev layihənin məqsəd və məramı haqqında müharibədən zərər çəkmiş şəhid, əlil, qaçqın ailələrinə ətraflı məlumat verilərək onların üzləşdikləri sosial problemləri ilə maraqlanıb.

Görüşdə müharibədən zərər çəkmiş şəhid, əlil, qaçqın ailələrinə layihə çərçivəsində marifləndirmə məqsədi ilə çap olunmuş "Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat" kitabı və bukleti paylanılaraq hər iki nəşir haqqında izahlı məlumat verildi.

Görüşdə iştirak edən müharibədən zərər çəkmiş şəhid, əlil, qaçqın ailələri və tələbələr çıxış edərək ali məktəblərdə təhsi alan tələbələrin üzləştikləri problemlərdən və yaşadıqları sosial qayğılardan danışıblar və onlar layihə çərçivəsində qaldırdıan problemlərin çox ciddi problem olduğunu bildiriblər.

Dövlət və özəl ali məktəblərində təhsil alan müharibədən zərər çəkmiş şəhid, əlil, qaçqın ailələrinin övladları təhsil haqqını ödəyə bilmədiyləri üçün onlar oxuduqları məktəbələrdən xaric olunduqlarından danşıblar.

Görüş iştirakçıları "Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək" layihəsi çərçivəsində ayrı-ayrı rayonlarda müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın ailələrlə və tələbələrlə görüşlər təşkil edib, onların ortaya çıxmış problemləri ilə maraqlanmağı və "Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat" kitabını müsbət qarşılayaraq tədqirə layiq hesab ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə