Cavanşir Vəliyev: \"Azərbaycan disporu ABŞ-dakı bütün türk xalqlarını bir araya toplamaq imkanına nail olur\"-MÜSAHİBƏ

Cavanşir Vəliyev: \"Azərbaycan disporu ABŞ-dakı bütün türk xalqlarını bir araya toplamaq imkanına nail olur\"-MÜSAHİBƏ

ABŞ-ın Nyu-York Senatında 31 mart soyqırımı ilə bağlı qətnamə qəbul olunub. Diasporlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev SƏS TV-ə verdiyi müsahibədə Azərbaycan diasporunun əldə etdiyi uğurlardan danışıb. Onun sözlərinə görə, artıq Diaspor Komitəsi 8 ştatda Azərbaycan həqiqətlərinə dair sənədin qəbulunda uğura nail olub.

- Disporlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən 10 il ötür. Bu müddət ərzində nə kimi ciddi tədbirlər həyata keçirib?

- Bu il Diasporlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10 ilini qeyd edirik. Diasporla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra xaricdə yaşayan azərbaycanlıları təşkilatlandırmaq üçün çox ciddi fəaliyyət göstərdi. Təbii ki, bütün bu fəaliyyətin başında ümummilli lider Heydər Əliyevin diaspa verdiyi önəm rol oynadı. Bilirsiniz ki, 1970-ci ildə ulu öndər Heydər Əliyev gənclərin bir qismini Rusiyanın müxtəlif ali məktəblərinə oxumağa göndərmişdi. Bugünləri bizim disporumuzun başında dayanan şəxslər 1970-ci ildə Heydər Əliyevin ölkədən kənarda təhsil almaq üçün göndərdiyi gənclərdir. Hətta bunların içərisində Baltikyanı ölkələrin parlamentində olan millət vəkilləri var. Eyni zamanda bu insanların bir qismi Avropa ölkələrinə göndərilib. Bəziləridə ABŞ-da yaşayır. Sırf bu uzaqgörən siyasətin nəticəsidir ki, bir zamanlar ümummilli lider Heydər Əliyevin xaricə təhsil almaq üçün göndərdiyi şəxslər bu gün Azərbaycanın potensialı üçün istifadə olunur.

- ABŞ-ın Nyu-York ştatının Sentaında 31 mart soyqırımı ilə bağlı qətnamə qəbul olundu. Ümumiyyətlə, erməni diaporunun güclü fəaliyyət göstərdiyi bu ölkədə buna necə nail olundu?

-ABŞ-da artıq bizim mükkəməl diaporumuz formalaşmağa başlayıb. Nəinki bu gün Nyu-York senatında, eyni zamanda nəzərinizə çatdırım ki, biz Amerikanın 8 ştatında Xocalı soyqırımını qəbul etdirmişik. Prezident İlham Əliyev dispor təşkilatları qarşısında vəzifə qoydu ki, artıq müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır. Bu taktikaya keçməklə bunun nəticələrini görürük. İlk dəfə olaraq ABŞ-ın Nyu-Cersi ştatında Xocalı faciəsi həm ştatın senatı tərəfindən, həm ştatın konqresi tərəfindən, həm də qubernator tərəfindən tam şəkildə qəbul olunmuşdu. Qeyd etmək istəyirəm ki, eyni zamanda Amerikanın Nevada ştatında 31 mart soyqırımı tanınmış və qəbul olunmuşdu. Buna baxmayaraq Nevada ştatının ən zəngin adamı erməni Kirk Kirikoyandır. Bu cür erməni təzyiqlərinə baxmayaraq Nevada ştatı 31 mart soyqırımını qəbul etdi. Bundan sonra bu sənədlər Amerikanın bütün ştatlarına yayıldı. Bizim Amerikada fəaliyyət göstərən USAN təşkilatı var. Bu şəbəkənin əsas fəaliyyəti ondan ibarətdir ki, Amerikada eyni zamanda Azərbaycan həqiqətlərini bu ölkənin siyasətinə təsir edə biləcək şəxslərin elektron ünvanlarına və onaların seçki kampaniyalarını keçirə bilən şəxslərin ünvanlarına Azərbaycan barədə məlumatlar göndərirlər. Bu məktubların sayı minlərlədir. Artıq bu insanlar Azərbaycanın inkişaf etməsi, qlobal siyasətdə rol oynaması ölkəmizə marağı artırır və bizim diasporun fəaliyyət göstərməsinə böyük yol açır. Bu imkanlardan biz istifadə etməyə başlamışıq.

- Bir məsələni qeyd edək ki, ABŞ-da yaşayan əksər Cənubi Azərbaycandan gəlmiş soydaşlarımız ölkəmizlə bağlı az məlumatlıdır. Bu soydaşlarımızla necə əlaqə yaradılır ki, onlar diaspor işlərinə cəlb olunur?

- Dünya Azərbaycanlılarının 2-ci qurultayında Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, \"biz 50 milyonluq xalqıq\". Müxtəlif hesablamalara görə, Cənubi Azərbaycanda 35-40 milyon civarında soydaşlarımız yaşıyır, biz çox böyük xalqıq. Xalqında çox böyük hissəsi şah rejimi dağıldıqdan sonra ABŞ-a köçüb. ABŞ-da çox ciddi şəkildə cənubi azərbaycanlılar fəaliyyət göstərir. Təbii ki, İranda qohumları olduğu üçün onlar aktiv diapor fəaliyyəti ilə məşğul olmur. Onlar ailələrini qorumaq üçün daha çox mədəniyyətə dair fəaliyyətlə məşğul olur. Bununla yanaşı Cənubi Azərbaycan soydaşlarımız bizimlə paralel ciddi fəaliyyətlə məşğul olurlar. Bundan başqa Amerikada belə bir qanun var ki, insanlar dini və milli mənsubiyyətinə görə qeydiyyata alınır. Bu gün ABŞ-da böyük türk diasporu formalaşır. Biz çalışırıq ki, bütün soydaşlarımızı türk kimi qeydiyyata aldıraq. Bu məqsədlə Türk Dünyası deyilən təşkilatımız var. Bu fəaliyyətə soy kökü türk olan şəxsləri cəlb edirik. Bundan başqa Türk-Amerika Federasiyaları var. Bu federasiyaya əslən cənubi Azərbaycandan olan soydaşımız rəhbərlik edir. Bizim məqsədimiz budur ki, bu şəxslərlə Azərbaycançılıq mühitində işləyək.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə