Argentina-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiqləndi

Argentina-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiqləndi

Argentina Milli Konqresinin Deputatlar Palatasının ardından Senatda da Azərbaycanla fəaliyyət göstərən Dostluq Qrupunun yeni tərkibi təsdiq olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Argentinanın vitse-prezidenti, eyni zamanda Senatın sədri Amado Boudou tərəfindən imzalanmış sərəncama əsasən Azərbaycanla Dostluq Qrupunun yeni tərkibinə 13 senator daxildir.

Dostluq Qrupunun yeni üzvlər "Qələbə Cəbhəsi" siyasi blokunun təmsilçisi və Senatın "Xarici əlaqələr və etiqad daimi komissiyası"nın sədri Daniel Filmus, blokun digər təmsilçiləri Ualter Barrionuevo, Anibal Fernandez (Senatın "Büdcə və əmlak daimi komissiyası"nın sədri) Ruperto Godoy (Senatın "Milli iqtisadiyyat və sərmayə daimi komissiyası"nın sədr müavini), Juan Carlos Marino –"Vətəndaş Radikal Birliyi" siyasi blokunun təmsilçisi və Senatın "Xarici əlaqələr və etiqad daimi komissiyası"nın sədr müavini.

Ötən il Qrupun tərkibində yer almış və bu il bir daha təsdiq edilmiş üzvləri bunlardır:

- Juan Carlos Romero – "8 oktyabr" siyasi blokunun təmsilçisi və Senatın ikinci vitse-prezidenti

- Fabio Biancalani – iqtidar "Qələbə Cəbhəsi" siyasi blokunun təmsilçisi və "Daxili təhlükəsizlik və narkotrafik daimi komissiyası"nın sədri

- Pablo Verani – Vətəndaş Radikal Birliyi siyasi blokunun təmsilçisi və "Elm və texnologiya daimi komissiyası"nın sədri

- Roberto Basualdo –"İstehsal və Əmək" siyasi bloku

- Maria Higonet - "Justicialista La Pampa" siyasi bloku

- Josefina Meabe – "Korrientes Liberal Partiyası"

- Jose Maria Roldan – "Hamının Cəbhəsi" siyasi blokunun təmsilçisi və "Turizm daimi komissiyası"nın sədri

- Arturo Vera – "Vətəndaş Radikal Birliyi" siyasi blokunun təmsilçisi və "Sənaye və ticarət daimi komissiyası"nın sədri.

Yaxın günlərdə Dostluq Qrupunun yeni tərkibdə ilk iclasının keçiriləcəyi gözlənilir ki, burada da Qrupun yeni sədri, sədr müavini və katibi seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə