Milli Məclisin sonuncu növbədənkənar plenar iclasının vaxtı müəyyənləşib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sonuncu iclas iyunun 29-da keçiriləcək. İclasda ümumilikdə 34 məsələ müzakirəyə çıxarılacaq.
İclasda müzakirəyə çıxarılacaq məsələlərə İnzibati Xətalar və Cinayət məcəllələrinə, "İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklər daxildir. Bundan əlavə, Şəhərsalma və Tikinti Məcəlləsi isə sonuncu oxunuşda müzakirə ediləcək. Plenar iclas çərçivəsində Qırğızıstan, Bolqarıstan, Makedoniya, Hindistan, Ukrayna ilə hökumətlərarası sazişlərin, bəyanatların və digər sənədlərin təsdiqi məsələsi də müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB