Sabah Bakıda 34° isti gözlənilir

İyunun 25-də paytaxt və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 25-də Abşeron yarımadasında temperatur gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Bakıda isə gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70 faiz, gündüz 55-55 faiz olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...