Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil
edir

01.04.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir. SİA-nın xəbərinə görə, onlardan 67,2 faizi yaşa görə, 23,1 faizi əlilliyə görə, 9,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır. Onu da bildirək ki, 2012-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə