“İRƏLİ”nin daha bir uğuru

Səməd Vurğun adına Rus Dram Teatrında NETTY 2012 Azərbaycan Milli İnternet Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, rəsmi şəraitdə NETTY akademikləri ötən ilin ən uğurlu milli veb saytlarının və layihələrin 15 nominasiya üzrə adlarını çəkiblər. Yarışmada "İRƏLİ" İctimai Birliyi 1 nominasiya üzrə final mərhələsinə yüksəlib. "Şəxsi saytlar" nominasiyası üzrə müvafiq olaraq "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyevin saytı http://www.mardiyev.az/ qalib gəlib.

Qeyd edək ki, \"İRƏLİ\" İctimai Birliyinin Azərbaycan Tarixi portalı http://www.history.az/ NETTY 2010 müsabiqəsinin "Azərbaycan" nominasiyası üzrə qalibi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə