Türkdilli ölkələrin vahid əlifbasının yaradılması üçün alimlərdən ibarət xüsusi qrup yaradılıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə TÜRKPA-nın baş katibi Ramil Həsənov bildirib.
Onun sözlərinə görə, TÜRKPA-nın humanitar və sosial məsələlər komitəsinin iclaslarında ortaq əlifba ilə bağlı ortaq məsələ qaldırılıb və həmrəylik mövcuddur.
"Qərara alınıb ki, konkret bu istiqamətdə işlərin həyata keçirilməsi üçün elm adamlarından ibarət qrup yaradılsın və artıq araşdırılmalara başlanılıb", - Həsənov deyib.
Onun sözlərinə görə, elm adamlarının gəldiyi müsbət nəticədən sonra ortaq əlifbanın hər hansı qaydada qəbul olunması TÜRKPA tərəfindən qəbul oluna bilər.
Türkmənistanın quruma qoşulmaması ilə bağlı məsələni cavablandıraraq Həsənov deyib ki, Dövlət başçılarının sammitində Türkmənistan prezidenti iştirak edərsə, Türkmənistanın ən azından müşahidəçi qismində təmsil etməsinə ümid etmək olar.
Rusiya tərkibindəki muxtar türkdilli subyektlərin parlamentlərinin TÜRKPA-nın işində iştirakı ilə bağlı Ramil Həsənov deyib ki, Rusiyanın rəsmi dövlət strukturuna parlamentin yuxarı qanadının rəsmi razılığı və müraciəti olarsa, müxtar respublikalar quruma üzv ola bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB