Bu ilin payızında Türkdilli dövlət başçılarının sammiti keçiriləcək və TÜRKPA həmin sammitdə yaxından iştirak edəcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə TÜRKPA-nın baş katibi Ramil Həsənov deyib.
Onun sözlərinə görə, bu ilin sentyabr-noyabr aylarında TÜRKPA-nın 4 daimi komissiyasının iclası keçiriləcək.
Həsənovun sözlərinə görə, həmçinin sentyabr ayında Türkiyədə gənc diplomatların, dövlət məmurlarının, siyasətçilərin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Onun sözlərinə görə, konfransda 25 dövlətdən olan müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər həmin ölkələr arasında əlaqələrin genişləndirilməsini müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB