“Nar Mobile” jurnalistlər üçün təqdimat və “karting” yarışı təşkil edib

“Nar Mobile” jurnalistlər üçün təqdimat və “karting” yarışı təşkil edib

"Azerfon" MMC "Bakı karting və tədbir mərkəzində" yerləşən "Rich Club & Lounge"də jurnalistləri bir araya gətirib.

Şirkət media nümayəndələrinə "Nar Mobile" brendinin fəaliyyəti və perspektivləri haqqında təqdimat keçirib. Təqdimat bitdikdən sonra isə jurnalistlər arasında "metkartinq" yarışı təşkil edilib, qalib gəlmiş yarış iştirakçılarına xüsusi hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Nar Mobile" mütəmadi olaraq jurnalist və media nümayəndələri ilə görüşlər keçirir. Şirkət hər il müxtəlif seminar və treninqlər, ekskursiyalar və turlar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə