Nəsimi RİH və KİVDF  fərdi jurnalist yazılarının müsabiqəsini təşkil edir - ELAN

Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazılarının müsabiqəsini təşkil edir. SİA-nın KİVDF-yə istinadən verdiyi məlumata görə, bu haqda elan da artıq dərc olunub:


Müsabiqənin məqsədi


Müsabiqənin məqsədi Nəsimi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.


Müsabiqənin mövzusu


"Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"


Müsabiqədə iştirak


Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.


Müsabiqəyə təqdim olunan yazılara aid tələblər


1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.


2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.


3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc


olunmalıdır.


4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.


5. Qəzetdə dərc olunmuş yazıda "Nəsimi rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.


Yazıların qəbul qaydaları


1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə


2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə


3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə


4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),


Tələb olunan sənədlər


1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)


2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)


3. Şəxsiyyət vəsiqəsi və surəti,


4. Şəxsi VÖEN və surəti ,


5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).


Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.


Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.


Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.


Yazıların qəbulu 22 iyun 2012-ci il tarixində başlayır , 18 iyul 2012-ci il tarixdə başa çatır.


Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.


Qiymətləndirmə meyarları:


- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;


- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;


- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;


- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;


- ictimai maraqların müdafiəsi.


Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması


Müsabiqədə I -ci yer üçün bir,


II -ci yer üçün iki,


III -cü yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.


Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcəkdir.


I yer - 1 000 manat (1 000 manat)


II yer - 800 manat (1 600 manat)


III yer - 600 manat (1 800 manat)


Həvəsləndirici mükafat - 200 manat (2 000 manat)


Qaliblər, həmçinin Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.


İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Yazının adı

Müəllifin Adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

Ünvanı və poçt indeksi

-iş telefonu

-ev telefonu

-mobil telefonu

-elektron poçt ünvanı


Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________


M.Y.


Sənədlərin təqdim olunma tarixi: \"____\"__________ 2012-ci il



Ünvan : Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.


Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45; Elektron ünvan : info@kivdf.gov.az , kivdf.info@gmail.com , kivdf@yahoo.com


Sayt : www.kivdf.gov.az

Bütün xəbərlər Facebook səhifəmizdə