“Tələbə baharı Qafqazda”

16 - 20 may tarixlərdə Rusiya Federasiyası İdman, Turizm və Gənclər Siyasəti üzrə Nazirliyin dəstəyi ilə Rusiya Federasiyası tərkibində Kabarda - Balkar Respublikasının Nalçik şəhərində "Tələbə baharı Qafqazda" adlı festival keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, festivalda ölkəmizi Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Tələbə və tələbə təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Günay Rəhimova bir qrup istedadlı və yaradıcı gənc təmsil edib. "Qafqazda Tələbə baharı" festivalında Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxısatan, Moldova, Belarus, Ukrayna, Ermənistan, Cənubi Osetiya, Taciksitan, Ozbəkistandan olan tələblər iştirak ediblər.


Festival çərçivəsində MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası keçirilib. Qeyd edilən iclasda nazir müavini İntiqam Babayev Azərbaycanda gənclər siyasəti üzrə görülən işlər haqqında ətraflı danışıb. İntiqam Babayev Nalçik şəhərində yerləşən "Yaşıl Teatr"da Festivalın açılışında çıxış edərək festival iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Azərbaycanlı gənclər Festivala 5 nominasiya üzrə qatılıbdılar. Festivalda caz nominasiyası üzrə Xəyal Abbasov və Etibar Əsədli, milli rəqslər üzrə Çinarə Məmmədova və Araz Süleymanov, xalq mahnıları nominasiyası üzrə Sarı gəlin mahnısı əsasında səhnələşmiş musiqi parçasında Etibar Əsədli, Çinarə Məmmədova, Xəyal Abbasov və Kənan Qədimov, vokal janrı üzrə Elvin Əliyev və estrada janrı üzrə Kənan Qədimov və Çinarə Məmmədova çıxış ediblər. İstedadları ilə bütün festival iştirakçılarından fərqlənən gənclərimiz Festivalın Qran Prisi və diplomlarla mükafatlandırılıblar.

Bundan başqa panel diskussiyalarda və gənc jurnalistlərin iştirakı ilə olan görüşlərdə ölkəmizi "İrəli" İctimai birliyinin baş direktoru Nərmin Məmmədova və Bakı Slavyan Universitetinin tələbəsi Murad Abitov təmsil ediblər.


Qeyd edək ki, "Tələbə baharı festivalı" nın MDB üzrə keçirilməsi təşəbbüsü ilə Azərbaycan çıxış edib və 29 may-01 iyun 2011-ci ildə Bakı ilk dəfə şəhərində "MDB dövlətləri ölkələrinin Tələbə baharı" festivalı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə