Qənirə Paşayeva Belçika Qarabağlılar Dərnəyinin ilk ziyarətçisi olub - FOTO
Belçikada səfərdə olan millət vəkili, Azərbaycan-Belçika Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva 15 iyunda fəaliyyətə başlamış Belçika Qarabağlılar Dərnəyinin ilk ziyarətçisi olub.
SİA-nın aldığı məlumata görə, görüşdə Belçika Qarabağlılar Dərnəyinin sədri Abbas Uçar dərnəkdə Qarabağ kökənli Belçika vətəndaşı olan Azərbaycanlı və Türkiyəlilərin cəmləşdiyini və məqsədlərinin Qarabağın mədəniyyətini, tarixini, sosial və siyasi vəziyyətini Avropanın və Belçikanın paytaxtı olan Brüsseldə tanıtmaq və anlatmaq olduğunu bildirib. Bu ilin iyun ayının 15-də keçirilmiş rəsmi açılışda həm Azərbaycanın, həm də Türkiyənin Belçikadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyini qeyd edən A.Uçar dərnəyin Ermənistanın işğalı altında olan Qarabağımızın işğaldan azad olunması istiqamətində Belçikada və Avropada lobbiçilik fəaliyyəti aparmaq niyyətində olduğunu da söyləyib.
Millət vəkili Qənirə Paşayeva 5 mindən çox azərbaycanlının və 170 mindən çox türk kökənli vətəndaşların yaşadığı bir ölkədə Belçika Qarabağlılar Dərnəyinin yaradılmasının Azərbaycan, Qarabağ həqiqətlərinin Belçika, Avropa ictimaiyyətinin diqqətinə çatdırılması işində öz müsbət töhfələrini verəcəyinə inandığını bildirib. Millət vəkili Qənirə Paşayeva bu dərnəyin Belçikada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət göstərmələrinin, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.
Millət vəkili onlara Avropa parlamentində keçirilən görüşlər və Daglıq Qarabağ münaqişəsi ilə bağlı qurumun mövqeyi, münasibəti ilə bağlı da onlara ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb.
Belçika Qarabağlılar Dərnəyinin sədri Abbas Uçar bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə daha da sürətlənəcəyini vurğulayaraq nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar verib, ətraflı fikir mübadiləsi aparılıb. Təşkilat rəsmilər və üzvləri Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Belçika cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini və gördükləri işləri bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB