Nəsimi rayon İH-də KİV nümayəndələri ilə görüş keçirilb - YENİLƏNİB

Nəsimi rayon İH-də KİV nümayəndələri ilə görüş keçirilb - YENİLƏNİB
Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondu (KİVDF) məmur-jurnalist münasibətlərinin formalaşdırılması istiqamətində növbəti tədbirini Nəsimi rayon İcra Hakimiyyəti (NRİH) ilə birgə keçirib. SİA-nın xəbərinə görə, Nəsimi RİH-nin başçısı Nəsib Məhəməliyevin, KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin, media kapitanlarının və digər qonaqların qatıldığı tədbirin əsas məqsədi rayonda görülmüş və görülməsi planlaşdırılan işlərin müzakirəsi idi.

Əvvəlcə tədbir iştirakçıları İcra hakimiyyətinin binasında Ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonra binanın özündə yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra tədbiri giriş nitqi ilə RİH-nin başçısı Nəsib Məhəməliyev açaraq rayonda görülmüş işləri qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, dövlət tərəfindən qəbul olunmuş proqrama əsasən rayonda mövcud olan bütün təhsil müəssisələri tam təmir olunub, təchizat yenisi ilə əvəzlənib. Bununla belə səhiyyə sahəsində də yeni uğurlara imza atılıb. Belə ki, binalar əsaslı olaraq tam təmir olunub, ən muasir texnologiyalardan istifadə edilib. İcra baçısı həmçinin qeyd edib ki, bütün binaların ətrafı muasir şəkildə abadlaşdırılıb.


KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxıç edərək ölkə mətbuatının qazandığı uğurlardan və dövlət başçısının mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan danışışb. Qeyd olunub ki, artıq 2 ildir ki, bu layihə çərçivəsində KİVDF ilə icra hakimiyyətləri arasında mütəmadi görüşlər keçirilir. İcraçı direktor bildirib ki, "Əkinçi" qəzetinin təsisçisi Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuat bu il artıq özünün 137 illik yubileyini qeyd edəcək. Bildirilib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr həyata keçirilib. Azərbaycan mətbuatının müstəqillik dövründə böyük uğurlar qazandığını tədbir iştirakçılarının nəzərinə çatdıran V.Səfərli bu sahədə Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirib. O qeyd edib ki, 1998-ci ildə Heydər Əliyev senzuranı ləğv etməklə qəzetçiliyinin inkişafına böyük təkan vermiş oldu. Belə ki, qəzetlərin qeydə alınmasında problemlər aradan qaldırılıb və müstəqil qəzetlərin üzləşdikləri maliyyə problemləri həllini tapmağa başlayıb. Elə bunun nəticəsidir ki, hazırda ölkədə 5 minə yaxın KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda 300 yaxın dövrü mətbuat dərc olunur ki, onlardan da 30 yaxını gündəlik çap edilən qəzetlərdir. Dövlətin mətbuata mütəmadi olaraq qayğı göstərdiyini söyləyən V.Səfərli 2009-cu il aprelin 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Yaradıldığını deyib. O bildirib ki, Fond təsis olunduğu gündən müstəqil qəzetlərə maliyyə yardımı etməyə başlayıb və bu yardım hər il artan teplə davam edir.

Jurnalist peşəkarlığının artırılması istiqamətində görülən işlərdən danışan Vüqar Səfərli qeyd edib ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Sonda Dövlət başçısının jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırması istiqamətində verdiyi sərəncamı xatırladan icraçı direktor bu sahədə də işlərin uğurla davam etdiyini və jurnalistlər üçün tikilməkdə olan binanın gələn il istifadəyə veriləcəyini deyib.


Sonda media kapitanlarını maraqlandıran suallara RİH başçısı tərəfindən aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə