“Azərbaycan gəncliyi 2011-2015-ci illər\" Dövlət Proqramının icrası ilə bağlı iclas keçirilib.

“Azərbaycan gəncliyi 2011-2015-ci illər\" Dövlət Proqramının icrası ilə bağlı iclas keçirilib.

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illər\" Dövlət Proqramının icrası ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən dövlət orqanları və beynəlxalq təşkilatlarının nümayəndələrindən ibarət əlaqələndirmə şurasının ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda dövlət proqramının icrası ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verilib, qarşıda duran məsələlər və əlaqələndirmə şurasının fəaliyyət mexanizmləri barədə müzakirələr aparılıb.


Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda gənclər siyasətinə böyük diqqət yetirilir. O qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən gənclər siyasətinə xüsusi önəm verilir. Daha sonra prezident İlham Əliyev tərəfindən gənclərin inkişafına xüsusi diqqət yetirilir: "20-dən çox gənclər haqqında aktlar qəbul olunub. Bu gün isə gənclərin inkişafı ilə bağlı \"2011-2015-ci illərdə Dövlət Proqramı təsdiq olunub və hazırda ilk proqram əsasında yaradılan əlaqələndirmə şurasının ilk iclasına yığışmışıq. Bu dövlət proqramı çox önəmli layihədir. Onun vacibliyi ondan ibarətdir ki, ora 2 mindən artıq yerdən gənclərin təklifi verilib".


Daha sonra nazir müavini İntiqam Babayev daha ətraflı məlumat verərək bildirib ki, Azərbaycanın bütün bölgələrindən xarici ölkələrdə təhsil alan gənclərdən təkliflər irəli sürülüb. Onun sözlərinə görə, bu da layihənin hərtərəfli olmasına şərait yaradıb.


Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov isə qeyd edib ki, Azərbaycanda gənclərin demokratik şəkildə inkişaf etməsinə hələ ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymət verilib: "Bu gün isə təsdiqlənən dövlət proqramı Prezident İlham Əliyevin gənclərin hərtəfərli inkişaf etməsinə dəstəyinin nümunəsidir. Bu günlərdə gənclər üçün tələbə kartları yaradıldı. Tələbə kartları vasitəsilə minlərlə azərbaycanlı gənc həm ölkədə, həm də xaricdə heç bir çətinlik çəkmədən təhsil alacaqlar. Bu layihə bütün təhsil müddətində davam edəcək. Bundan sonra da bu cür layihələr davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə