Gələcək İctimai Birliyi 23 iyun-Beynəlxalq Təmizlik Aksiyasını Azərbaycanın regionlarında keçirəcək. SİA-nın xəbərinə görə, birliyin vitse–prezidenti Elvin Elxan aksiya barədə bunları deyib: "Azərbaycan bizim evimizdir və onu daima təmiz saxlamalıyıq. 23 İyun Beynəlxalq Təmizlik Aksiyası gününü bu şuarla qeyd etməyə hazırlaşırıq. Ekologiyanın qorunmasına özəl diqqət yetirən Azərbaycanın Liberal Gənclər Şəbəkəsi olan Gələcək İctimai Birliyi bu tarixlə bağlı Sumqayıt, Bakı, Bərdə və Şəkidən olan üzvləri ilə birgə \"Beynəlxalq Təmizlik Günü\" aksiyasını həyata keçirəcək. Aksiya zibil tullantılarınin daha çox olduğu, həmçinin insanların daha sıx cəmləşdiyi yerlərdə keçiriləcək. İctimai yerlərdə aksiyanın keçirilməsinin əsas məqsədi digər insanlara tərbiyəvi örnək olmaqdır. İnsanları maarifləndirmək aksiyanın digər bir məqsədidir".
Qeyd edək ki, adı çəkilən tədbir bütün dünyada qeyd ediləcək və miqyası milyon insanlarla ölçülür. Gələcək İctimai Birliyi hər bir sakinini yaşından asılı olmayaraq bu aksiyaya qoşulmağa və DÜNYADAKI MİLYONLARDAN BİRİ OLMAĞA dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB