Avropa Gənclər Klubları Konfederasiyası Avropa məkanında ən aktiv beynəlxalq təşkilatlardan biridir. 30-a yaxın Avropa ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir. SİA-nın xəbərinə görə, bu günlərdə Danimarkanın Aalborg şəhərində qurumun ümumi yığıncağı və idarə heyətinin iclası keçirilib. İclasda Azərbaycandan Konfederasiyaya üzv olmaq üçün Gənclər üçün Təhsil Mərkəzinin müraciətinə baxılıb.
İlk öncə Danimarkaya ezam olunmuş nümayəndə heyəti tərəfindən Mərkəzin geniş təqdimatı olmuş və üzv ölkələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra Mərkəz nümayəndələrinin iştirakı olmadan 1 saatlıq qapalı müzakirələr aparılmış və səsvermə keçirilib. Nəticələrə əsasən Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan adından quruma üzvlüyü təsdiq edilib. Mərkəzin üzvlük məsələsi prosedur qaydasına əsasən 2 ilə yaxın davam edib və o bütün kriteriyalara cavab verib.
Qeyd edək ki, Mərkəzin bu nüfuzlu quruma üzv olmasına Gənclər və İdman Nazirliyi yaxından iştirak etmiş və dəstək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB