İyunun 20-də Paytaxtın Nizami rayonu ərazisində yerləşən Bakı Texniki Kollecində Məzun Günü qeyd olunub. SİA-nın xəbərinə görə, əsas təşkilati dəstəyin YAP Nizami rayon təşkilatına məxsus olduğu tədbir yüksək səviyyədə təşkil olunub.
Tədbirdə kollecin müəllim və tələbə kollektivi, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami YAP Gənclər Birliyinin sədri Əli Pənahov və fəal gənclər iştirak ediblər.
Kollecin məzunlarından YAP sıralarına qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbirdə çıxış edən millət vəkili Sədaqət Vəliyeva gəncləri təbrik edərək onların Yeni Azərbaycan Partiyasındakı xidmətlərini yüksək qiymətləndirib, gələcək həyatlarında uğurlar diləyib, eyni zamanda dövlətçiliyimizin keşiyində durmalarını tövsiyə edib.
Məzunları təbrik edən kollecin direktoru Ramazan Məmmədov və İlham Zeynalov da gəncləri bir daha uğurlar diləyib, öz xeyir-dualarını veriblər. Tədbir kollecin tələbə kollektivi və Adil İsgəndərov adına Mədəniyyət Evinin yaradıcı heyətinin birgə hazırladığı konsert proqramı ilə sona çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB