Azad Rəhimov: \"Məzunların işlə təmin olunması prosesi fəal gedir\" - AÇIQLAMA
"Çox sevindirici bir haldır ki, "Məzun 2012" əmək yarmarkası və bu sahədə aparılan işlər Prezidentin imzaladığı "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının böyük bir hissəsidir. Bu gün məzunların işlə təmin olunması prosesi fəal gedir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetində Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən "Məzun 2012" əmək yarmarkasında iştirak edən nazir Azad Rəhimov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, əmək yarmarkasına müraciət edən məzunların sayı çoxalıb: "Təxminən 43 bank sektorunun nümayəndəlikləri sifariş göndərib. Bu gün isə 80-dən artıq təşkilat öz vakant iş yerlərini təklif edir. 2006-cı ildən indiyə qədər 3000 dən çox məzun işlə təmin olunub. 1500 nəfərdən artıq məzun müxtəlif sahələrdə məlumatlandırılıb. Bu sahədə növbəti bir mərhələyə yüksələcəyik. Bu gün 35 ali təhsil ocağının tələbəsi iş tapmaq üçün müraciət edir. Xarici və yerli təhsil müəssisələrinə heç bir məhdudiyyət qoyulmayıb, çünki xaricdə təhsil alan tələbələr də müraciət edə bilər\".
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB