DSMF yeni loqosu necə olmalıdır? - MÜSABİQƏ

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir. SİA-nən verdiyi məlumata görə, müsabiqə Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin keçirilməsi ilə bağlı "Tədbirlər planı"na uyğun olaraq keçirilir.


Loqonun hazırlanması ilə əlaqədar müsabiqənin təşkil olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun əmri ilə Fondun Aparatında xüsusi komissiya yaradılıb. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında "Əsasnamə"yə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətlərini özündə əks etdirən loqo işləyib hazırlamalı və 15 sentyabr 2012-ci il tarixə kimi Komissiyaya təqdim etməlidirlər.


Müsabiqədə I yeri tutan qalib 1000 (bir min) manat məbləğində pulla mükafatlandırılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...