ABUC əhalinin reklama münasibətini öyrənəcək

ABUC əhalinin reklama münasibətini öyrənəcək

Təşkilat Bakı və Saatlıda sorğu keçirir


Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi il həyata keçirdiyi "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsi çərçivəsində əhali arasında sorğuya başlayır. Bu barədə SİA-ya məlumatı layihənin rəhbəri Elman Cəfərli verib.

Onun sözlərinə görə, iki həftə davam edəcək sorğu Abşeron və Muğan bölgələrini əhatə edəcək: "Sorğunun keçirilməsi üçün 5 nəfər intervuyer ayrılıb. Onların 3-ü Bakı və ətraf ərazilərdə, ikisi isə Saatlı şəhərində fəalliyyət göstərəcək. Layihənin icrasına cəlb etdiyimiz sosioloq-ekspertin iştirakı ilə intervuyerlərlə bir günlük təlim keçirildi. Sorğudan öncə, Bakı şəhərində sınaq sorğusu həyata keçirdik. Nəticələrə uyğun olaraq, sorğu anketində düzəlişlərə etdik".


Qeyd edək ki, sorğunun əsas məqsədi müxtəlif yaş qruplarından olan insanların reklama olan münasibətlərini aşkarlamaq və müqayisə etmək, insanların reklama inanma dərəcələrinin müəyyən etmək, reklamın onların həyatında hansı rol oynadığını müəyyən etmək, reklamın dəyişdirilməsi, onun verilməsi üsulları və qanunvericiliyə dəyişikliklərin edilməsi barədə sakinlərin fikirlərinin öyrənilməsindən ibarətdir. Sorğuda respondentlərin reklamlara inamı, reklamların insanların davranışına təsiri, ölkədə reklamların hazırlanma səviyyəsinə münasibəti və reklam qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri öyrəniləcək.


Layihə rəhbəri eyib ki, sorğu başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq: "Nəticələr təhlil ediləcək və reklam haqqında qanunun təkmilləşdirilməsi üçün müvafiq orqanlara göndəriləcək".


Sorğuda respondentlərdən reklamlara inamı, reklamların insanların davranışına təsiri, ölkədə reklamların hazırlanma səviyyəsinə münasibəti və reklam qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri öyrəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə