Sumqayıtda Gənclər Fondu təqdim olunacaq

Gənclər Fondu Azərbaycanın bölgələrində təqdimatlarını davam etdirir. SİA-nın xəbərinə görə, artıq Quba, Qəbələ, Göyçay, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq təqdimat edərək gənclərə layihələrini necə maliyyələşdirə biləcəkləri haqda ətraflı məlumat verib.

Fondun növbəti təqdimatı Sumqayıt şəhərində, Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutacaq. Təqdimatı Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov aparacaq. Tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov da iştirak edəcək. Ümumilikdə, təqdimata 200-ə yaxın gənc qoşulacaqdır.

Qeyd edək ki, Sumqayıtda keçiriləcək təqdimatda həmçinin işğal altında olan Şuşa, Qubadlı, Zəngilan kimi bölgələrdən olan gənclər də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə