\"İrəli\"də gənc jurnalistlər üçün dərslərə başlanıldı

\"İrəli\"də gənc jurnalistlər üçün dərslərə başlanıldı

"İRƏLİ" Yeni Media Akademiyasında "Radio aparıcılığı", "Protokol jurnalistikası" və "Mediada PR" (piyar) fənnindən dərslər başlanıb. "İRƏLİ"dən SİA-ya verilən xəbərə görə, "Radio aparıcılığı" fənnini tanınmış jurnalist Tural Yusifov ilk dərs günündə gənc jurnalistlərin

hansı radiostansiyaları dinlədikləri ilə maraqlanıb, Azərbaycanda fəaliyyət göstərən radiolar

haqda məlumat verib. Həmçinin radio ilə digər Kütləvi İnformasiya Vasitələrinin (KİV) oxşar və

fərqli cəhətləri müzakirə edilib.


"Mediada PR"ın düzgün qurulması fənnini isə tanınmış jurnalist, BDU-nun "Jurnalistika"

fakültəsində bakalavr, Gürcüstanda GİPA jurnalistika məktəbində magistr təhsili almış Vüqar

Babayev tədris edib. İlk dərsdə gənc jurnalistlərə PR-ın xüsusiyyətləri, növləri, reklamla oxşar və fərqli cəhətləri haqda məlumat verilib. Protokol jurnalistikası fənnini tədris edən Kövsər Orucbəyli ilk dərsdə gənc jurnalistlərə protokol qaydaları haqda məlumat verib. Jurnalistin etik davranışları, peşə kodeksləri müzakirə edilib.


Qeyd edək ki, hazırda "İRƏLİ" Yeni Media Akademiyasında Radio Aparıcılığı, Mediada

PR, "Protokol Jurnalistikasıyla yanaşı, Xəbərçilik nəzəriyyəsi və Media Hüququ dərsləri tədris

edilir. Bundan əlavə gənc jurnalistlər hər həftə Azərbaycan mediasının tanınmış simaları,

peşəkar jurnalistlərlə görüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə