Gəncədə limonad və digər sərinləşdirici içkilərə nəzarət gücləndirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, bu məqsədlə Standartlaşdırma Metorologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Regional Bölməsinin rəsmiləri tərəfindən aparılan reyd zamanı ciddi qanun pozuntuları üzə çıxıb. Belə ki, ölkənin ikinci böyük şəhərində hələ də bəzi sahibkarlar sözün həqiqi mənasında halal pul qazanmır. Limonadlar və digər sərinləşdirici içkilər küstar üsulla hazırlanan sexlərdə istehsal olunur, məhsulun tərkibindəki şirə və suların mənşəyi məlum deyil, sertikatlar isə ümumiyyətlə alınmır.
Monitorinqlər zamanı belə qanun pozuntularına yol verən sexlər bağlanıb, sahibləri isə İnzibati Xətallar Məcəlləsinin müvafiq maddəlrinə uyğun olaraq cərimələnib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB