Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti abunəçilərini sevindirməyə davam edir. Daim müştərilərini düşünən Bakcell şirkəti uzun illərdir sevib-sevilən və çıxışları ilə tamaşaçılarının zövqünü oxşayan "Bu Şəhərdə" layihəsinin regionlarımıza səfərini təşkil etmişdir.
Azərbaycanın gözəl diyarları olan Lənkəran, Şirvan, Şəki, Qəbələ, Quba, Bərdə, Gəncə və Mingəçevirdə konsert proqramları ilə çıxış edəcək "Bu Şəhərdə" dueti yerli əhalinin qızmar yay günlərinə gülüş qatacaqdır.
Konsertlərə giriş əhali üçün tamamən pulsuz olacaqdır. Bundan əlavə, məkanların giriş hissəsində quraşdırılacaq olan böyük monitorlar konsert zalına keçə bilməyən izləyicilərə tamaşanı görmək imkanı yaradacaqdır.
Kampaniyanın təfərrüatları, konsertlərin keçirilmə yerləri və tarixləri barədə ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrində əldə edə bilərsiniz. www.bakcell.com www.facebook.com/bakcell
Daim abunəçilərini çeşidli kampaniyaları və xidmətləri ilə sevindirən Bakcell Azərbaycanın bölgələri üçün ən sadə və ən sərfəli DoğmaCIN tarifini yaratdı. Hal hazırda ölkəmizin bütün əyalətlərində Bakcell-dən sərfəlisi yoxdur. Çünki DoğmaCIN tarifində Bakcell nömrələrinə zənglərin 1 dəqiqəsi cəmi 2 qəpikdir. Bu tarifə qoşulmaq üçün sadəcə yeni DoğmaCIN nömrəsi əldə edin və yaxud *138*5#YES yığın. Bakcell-ə qoşulun və sərfəli tarifin üstünlüyünü hiss edin!
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB