Yay istirahət düşərgələri fəaliyyətə başladı

Yay istirahət düşərgələri fəaliyyətə başladı

Gənclər və İdman Nazirliyi tərəfindən Quba, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün vətənpərvərlik yay-istirahət düşərgələri fəaliyyətə başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 25-dən isə İsmayıllı rayonunda da düşərgə təşkil ediləcək. Düşərgələrin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik

ruhunun daha da yüksəldilməsi, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq

məfkurəsinin təbliğ edilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay

istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsidir.


Düşərgənin 10-günlük proqramına uyğun olaraq gənclər mənalı istirahətlə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə də yaxından tanış olmaq, müxtəlif mövzularda mühazirələri

dinləmək, idman və stolüstü oyunlar üzrə, eyni zamanda intellektual yarışlarda iştirak etmək imkanı əldə edəcəklər. Ümumilikdə 4 şəhər və rayonda təşkil edilən düşərgələrdə hər biri 10-günlük növbələr olmaqla 15 növbənin təmin edilməsi və 1500-dək gəncin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə