“İRƏLİ” Təlim və Karyera Mərkəzində növbəti seminar

"İRƏLİ" Təlim və Karyera Mərkəzinin təşkil etdiyi "Müasir İqtisad Məktəbi" layihəsinin son seminarı keçirilib. "İRƏLİ"dən SİA-ya verilən xəbərə görə, \"Biznesdə səmimi söhbət" mövzusunda təşkil edilən seminarın ekspert qonağı "NOVCO" Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi olub.


Seminar zamanı Fərid Novruzi şəxsi təcrübəsi, biznesdə uğurun qazanılması və necə əldə saxlanılması, biznesin düzgün istiqamətləndirilməsi haqda layihə iştirakçılarına məlumat verib. Daha sonra ekspert gəncləri maraqlandıran sualları cavablandırıb və görüş diskussiya şəklində davam edib Sonda layihə iştirakçılarına "MY BRANDS" Şirkətinin "Tələbə" xüsusi güzəşt kartları təqdim olunub və xatirə şəkili çəkilib.


Qeyd edək ki, "Müasir İqtisad Məktəbi" layihəsinin əsas məqsədi gənclərin iqtisad sahəsində biliklərini və təcrübələrini interaktiv üsulla artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...