Seymur Orucov: “Bu il 600-dən çox gənc \"Yay məktəbi\" layihəsində iştirak edəcək”
"Ən önəmlisi isə layihəyə maraq göstərən gənclərin burada təşəbbüskar gənclər kimi çıxış etmələridir. Bütün bunlara nəzərə alsaq, görə bilərik ki, həqiqətən də sözün əsl mənasında "Yay məktəbləri\"nə diqqət və qayğı günü-gündən artmaqdadır. Artıq bu ildə layihə çərçivəsində hazırlıqları tam başa çatdırmışıq. Belə ki, bu il 600-dən çox gənc "Yay məktəbi\" layihəsində iştirak edəcək. Bunun bir qismi region gənclərindən digərləri isə paytaxt Bakının siyasi həmfikirli gənclərindən ibarət olacaq. İyulun 2-dən başlayaq bir qrup Oğuz "Afra" otelinə, digərləri isə Lerik "Relax" istirahət mərkəzinə yollanacaq. Hər biri 50-50 qrupa olmaqla bu davam edəcək".
S.Orucov bildirib ki, ötən illərlə müqayisədə bu ilki "Yay məktəbləri\" layihəsinin formatında dəyişikliklər olub:
\"Belə ki, biz əməkdaşlıq etdiyimiz beynəlxalq iqtidar partiyalarının gənclər qollarına, qanadlarına məktublar yazaraq onları bu layihədə iştirak etməyə dəvət etmişik. Əsas məqsəd isə həmin adı çəkilən üzvlərlə qarşılıqlı bir fikir mübadiləsi apararaq onların təcrübəsindən istifadə etməkdir. Artıq bir çox xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarına məktublar ünvanlamışıq ki, onlarda bu layihədə iştirak etsinlər. Ruminiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri bununla bağlı artıq öz razılığını verib. Belə ki, cənab səfir öz ailəsi ilə birlikdə bizim bu layihəyə qatılacaq və gənclərə beynəlxalq münasibətlər, vəziyyətlə bağlı mühazirələr oxuyacaq. Hər il YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov da bizim reallaşdırdığımız tədbirlərdə iştirak edir. Bununla belə bir sıra azərbaycanlı millət vəkilləri bu tədbirlərə qatılırlar. Bu il biz Azərbaycan gənclər və idman naziri Azad Rəhimovu, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovu, nazir müavinlərini dəvət etmişik ki, bizim bu layihəmizdə mühazirəçi qismində iştirak etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB