Azərbaycanın sularındakı vəziyyət idarə olunur və bununla bağlı heç bir təhlükə yoxdur. SİA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Kür çayının Neftçala, Salyan, Sabirabad rayonlarından keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin bazalarının tikintisi yekunlaşır. Sahil bərkidən və dib təmizləyən gəmilər artıq öz işlərini görürlər: "Gələcəkdə sel təhlükəsi olsa belə, sahilyanı kəndlər daşqınlara və heç bir təhlükəyə məruz qalmayacaqlar".
K.Heydərov Kür daşqınlarından ziyan çəkən əhaliyə kompensasiyaların verilməsində narazılıqların olması barədə verilən məlumatlara da münasibət bildirib. O bildirib ki, bu barədə deyilənlər düzgün deyil: \"Yerli icra qurumlarının kompensasiyaların bölünməsində heç bir rolu yoxdur. Çünki komissiya tərəfindən müəyyənləşdirilən kompensasiyalar poçt vasitəsilə birbaşa vətəndaşların ünvanına göndərilir. Burada rayon icra hakimiyyətləri nə edə bilər? Siyahılar komissiya tərəfindən hazırlanır. Əhalinin bu kompensasiyaları almasında problem vardı, bunu da müzakirə etdik. Bu məlumatları quraşdırıb deyirlər. Bütün bunlar həqiqətə uyğun deyil. Çünki məbləğlər say hesabına göndərilib. Bəziləri isə bunu özlərinə sərf edən şəkildə təqdim edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB