Zəlzələ bölgəsindəki bütün evlərin və sosial obyektlərin 85 faizinin təhlili aparılıb. 15 faizinin də təhlili bir neçə günə başa çatacaq. Bunu jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, təqribən 21 min ev və sosial obyekt təhlil olunub. bunlardan 2944 ev qəzalıdır. Bu evlər yenidən tikiləcək. 3500-dən artıq ev təmir və bərpa statusuna düşür, onların da işində də qəzalı statusu alacaq evlər olacaq. 25 orta məktəb söküləcək. Onlardan bir çoxu artıq inşa olunur. Yeni təhsil ilinə həmin məktəblərin hamısı tikilib təhvil veriləcək. Bəzi evlər sentyabra qədər, bəziləri soyuqlar düşənə qədər tikilib təhvil veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB