Rüstəm Usubov: \"4 cinayət işi açılmamış qalıb\"

Rüstəm Usubov: \"4 cinayət işi açılmamış qalıb\"

"Azərbaycanda baş verən və açılmamış qalan ağır cinayətlərlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə hərtərəfli işlər aparır. Azərbaycanda ildə təxminən 190-200 ağır cinayətlər, xüsusən qəsdən adamöldürmə cinayətləri baş verir. İl ərzində açılmayan ağır cinayətlərin sayı isə 18-19 olur". SİA-nın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu il ərzində törədilən 4 ölüm işi cinayəti açılmamış qalır: "Amma onların açılması üçün müvafiq işlər aparılır. Bəzən qəsdən adamöldürmələr hamının gözü qarşısında olur. Amma ötən əsrin 90-cı illərində olduğu kimi, bu cür hadisələri törədən mütəşəkkil dəstələr yoxdur. Qəsdən adamöldürmə cinayətləri əsasən məişət münaqişəsi zəmində baş verir".


R. Usubov onu da deyib ki, Azərbaycanda vaxtilə qətl hadisələri törədən mütəşəkkil dəstə üzvlərinin bir qismi artıq həbs olunub, bir qismi isə Azərbaycandan kənardadırlar. İndi demək olar ki, Azərbaycanda bu cür qruplar yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə