“Sadəcə Su” adlı xeyriyyə tədbiri keçirilib

“Sadəcə Su” adlı xeyriyyə tədbiri keçirilib

Bu gün Sahil Parkında "Canlı Aləmin Mühafizəsi -ALYANS" İctimai Birliyinin təşəbbüsü ilə təbiəti sevən könüllü üzvlərin sayını artırmaq və heyvanları qorumaq şüarı ilə "Sadəcə Su" adlı xeyriyyə konserti və yaradıcı insanların əl işlərinin satışə sərgisi həyata keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd, isti havalarda canlı aləmin suya artan tələbatını insanların yadına salmaq və sadəcə su ilə canlıların məhv olmasının qarşısını almağa hər kəsi dəvət etmək olub.

Məlumat üçün bildirək ki, tədbirdə çıxış edən "Canlı Aləmin Mühafizəsi -ALYANS "İctimai Birliyinin Sədri Mənsurə Rəsulzadə bildirib ki, Azərbaycanda 31 May Ev Heyvanlarının Mühafizəsi-Avropa Konvensiyası təsdiq edilib. Tədbirin keçirilməsində əsas məqsədin əhalinin canlılara olan diqqətini artırmaq ,onları sevərək dəyərləndirməsinə şərait yaratmaqdır. Eyni zamanda təbiəti sevən könüllü üzvlərin sayını artırmaq və heyvanları qorumaqdan ibarətdir.

Qeyd edək ki, xeyriyyə konsertində "Alyans" İB-nin konsert qrupunun üzvlərindən Nigeriyalı Kazım və digər ifaçılar musiqi nömrələri ilə çıxış edib.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə