Birlərmiş Ərəb Əmirliklərində Azərbaycanla bağlı kitab hazırlanır

Birlərmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri 15 İyun-Milli Qurtuluş gũnũ il baġlı Dubayın rəsmi dairələrini məlumatlandırıb. SİA-nın xəbərinə görə, Birlərmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın mərkəzi kitabxanasında kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla, Beynəlxalq İslam İnstitutları idarəsinin rəisi Abdullah Yusif Əl-Əli və aparatın ictimaiyyətlə iş üzrə idarəsinin rəisi Əhməd Əl-Zahirinin iştirak etdiyi görüşdə bütün türk dünyasında tanınan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun müasir Azərbaycanın dövlətçilik ənənəsinin yaradılmasında, qorunması və inkişaf etdirilməsində rolu, dünyanın müxtəlif guşələrində məskunlaşmış azərbaycanlıların birliyi naminə atdığı addımlar haqqında Dubay rəsmilərinə geniş məlumat verib. O, ümummilli lider Heydər Əliyevi ölkəmizdə quruculuq işlərinin banisi kimi xarakterizə edib. S.İmanov 1993-cü ildə Azərbaycanın düşdüyü ağır vəziyyətdə, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin xalqın arzusu ilə Bakıya gələrək, vətəndaş qarşıdurmasının aradan qaldırılması istiqamətində gördüyü işlərdən, müstəqilliyin möhkəmləndirilməsi və əldə edilmiş uğurlardan da ətraflı danışıb.


Bundan əlavə, Samir İmanov BƏƏ-də tanınmış Əlvadeh media şirkətlər qrupunun rəhbəri Dr. Abdurrahman Əl-Jaberi ilə də görüşərək ona Milli Qurtuluş günü haqqında geniş məlumat verib. A.Əl-Jaberiyə ərəb və ingilis dillərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan tolertantlıq məkanı və Qarabağ həqiqətlərindən bəhs edən kitablar təqdim edilib. Dr. Abdurrahman Əl-Jaberi bildirib ki, Samir İmanov tərəfindən əvvəllər təqdim edilən materiallar əsasında hazırda Azərbaycanla baġlı yeni kitab hazırlayır və tezliklə kitab nəşr ediləcək.


Qeyd edək ki, Milli Qurtuluş günü münasibətilə \"Azərbaycan" Cəmiyyəti tərəfindən Dubayda konfrans təşkil edilib. Toplantı keçirilən salonun foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan, fotoşəkillərdən ibarət sərgi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...