Milli Qurtuluş günü Dubay mətbuatında

Milli Qurtuluş günü Dubay mətbuatında

Milli Qurtuluş günü münasibətilə \"Azərbaycan" Cəmiyyəti tərəfindən Dubayda tədbir təşkil edilib. SİA-nın xəbərinə görə, toplantı keçirilən salonun foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan, fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Dubay hökumətinin rəsmi mətbu orqanı olan "Al-Bayan" qəzetinin tədbirdə iştirak edən əməkdaşı qəzetin 15 iyun tarixli sayında "Azərbaycan Milli Qurtuluş gününü bayram edir" sərlövhəli məqalə dərc edib.


Məqalədə qeyd olunur: \"Azərbaycan keçən əsrin 90 illərin əvvəllərində öz tarixinin ən çətin mərhələsini yaşayıb. 1993 ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni bütün bu problemlərdən qurtardı və dövlətçiliyin dağılmasının qarşısını aldı. Azərbaycanlılar bu gün \" Milli Qurtuluş gününü\" qeyd edir. Belə ki, tarixi lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsinə aparan yolun qarşısını alaraq ona xilasolma istiqaməti verib. 19 il əvvəl Azərbaycan xalqı tamamilə Sovet İttifaqı vətəndaşlığından xilas olub və siyasi, iqtisadi, mədəni sahələrdə böyük uğurların başlanğıcına qədəm qoyub. BƏƏ Azərbaycan diasporu da ölkəsilə həmrəylik nümayiş etdirərək son illər ərzində böyük nailiyyətlər əldə etmiş Azərbaycanın milli bayramını təntənə ilə qeyd edib. BƏƏ Azərbaycan diasporunun rəhbəri Samir İmanov bu bayram münasibətilə təşkil etdiyi konfransda deyib ki, Azərbaycan 21 il öncə son müstəqilliyini əldə etdikdən sonra həyatın müxtəlif sahələrində böyük nailiyyətlər əldə edib. Belə ki, iqtisadi sahədə dünyada öz xüsusi yerini tutub, regional və dünya miqyasında öz siyasi çəkisini artırıb və mədəniyyət sahəsində böyük nailiyyətlər əldə edib. S.İmanov əlavə edib ki, keçən 21 il ərzində Azərbaycan xalqi acı və xoş günlər yaşayıb. O, çıxışına davam edərək deyib ki, son 20 il göstərir ki, Azərbaycan xalqı böyük nailiyyətlər əldə etməyə, qabaqcıl və xoşbəxt yaşamaġa qadirdir.

Azərbaycan ölkəsində müxtəlif dinlər və xalqlar arasında dialoqun mövcud olması və eləcə də multi-mədəniyyətli ictimaiyyətin dinc və birgə yaşayışını təmin edən "unikal" təcrübəsi ilə fəxr edir. May ayında Azərbaycan "Avrovoziya" beynəlxalq mahnı müsabiqəsini keçirməklə ölkəsinin mədəniyyət və dini tolerantlıq üzrə beynəlxalq sertifikata malik olduġunu dünyaya nümayiş etdirib\".

Bütün xəbərlər Facebook səhifəmizdə