Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 17-22° isti, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən yağmursuz, temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Temperaturun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 26-31° isti olacağı proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə