Gənclər Fondunun bögələrdə təqdimatı yekunlaşdı

Gənclər Fondunun bögələrdə təqdimatı yekunlaşdı

Yeni yaradılmış Azərbaycan Gənclər Fondu ölkəmizin bölgələrində təqdimatlar keçirib. Fonddan SİA-ya verilən məlumata görə, Quba, Qəbələ, Göyçay, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq Fond haqqında təqdimat edib və gənclərə layihələrini necə maliyyələşdirə biləcəkləri haqda ətraflı məlumat verib. Keçirilən təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanıb. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman İdarələrinin rəisləri, İcra Hakimiyyəti nümayəndələri təqdimatlarda iştirak ediblər.

Azərbaycan Gənclər Fondu bölgələrdə keçirilən təqdimatları yekunlaşdırıb. Regionlarda sonuncu təqdimat 14 iyun tarixində Göyçay rayonunda baş tutub. Zonal mərkəz olaraq təyin olunmuş Göyçaya Göyçay, Qobustan, Ağsu, Ağdaş, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı kimi şəhərlərdən gənclər qoşulublar. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gənc iştirak edib. Fondun növbəti təqdimatı Sumqayıt şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli, 542 saylı Fərmanı ilə yaradılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə