“Marketinq Akademiyası” layihəsinin ilk təlimi baş tutdu

"İRƏLİ" İctimai Birliyi və "Modern Marketing Group" şirkəti birgə əməkdaşlıq çərçivəsində "Marketinq Akademiyası" layihəsinə start verib. SİA-ya verilən məlumata görə, Görüş "İRƏLİ" Gənclik Mərkəzində baş tutub.


"Marketinq strategiyaları" mövzusunda baş tutan ilk təlim "Modern Marketing Group"un təsisçisi, marketinq üzrə ekspert Yusif Vəliyev tərəfindən keçirilib.


Layihəyə 50 nəfər qəbul olunmuş və 6 ay müddətində davam edəcək layihə çərçivəsində Marketinq, Brendləşmə, Reklam, Modern Marketinq, Elektron Marketinq və s mövzular üzrə təlimlər, nəzəri və praktiki məşğələlər keçiriləcək, debat və diskussiyalar təşkil olunacaq. Eyni zamanda iştirakçılar bu sahədə təcrübə proqramlarında iştirak edəcəklər.



Bütün xəbərlər Facebook səhifəmizdə