Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi növbəti layihə həyata keçirdi - FOTO

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi növbəti layihə həyata keçirdi - FOTO

Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat kitabı işıq üzü gördü


\"Səs\" qəzetinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi \"Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək\" layihəsi çərçivəsində müharibədən zərər çəkmiş aztəminatlı ailələri maarifləndirmək məqsədi ilə çap olunmuş \"Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat\" kitabının təqdimatı keçirilib.


Kitabın tərtibatçısı Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamaliyev məlumat verərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın torpaqları 20 % işğala məruz qalıb, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub, 20 minə yaxm şəhid, 45 mindən artıq isə əlil olub, Şuşa şəhəri, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları xarabalığa çevrilib və qədim tarixi mədəniyyət abidələrimiz düşmən tapdağı altında qalıb.

Məqsədlərinin müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın və məcburi köçkünlərin ortaya çıxmış sosial problemlərinin həllinə kömək göstərməkdən ibarət olduğunu bildirən R.Ağamaliyev onu da qeyd edib ki, layihə çərçivəsində nəşr olunmuş \"Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat\" kitabıda məhz müharibədən zərər çəkmiş və aztəminatlı şəhid, əlil, qaçqın ailələrin sosial müdafiəsinə kömək etmək və mənfur ermənilərin işğalına məruz qalmış torpaqlarımız haqqında yeniyetmə və gəncləri maarifləndirmək məqsədi ilə yaddaş kitabı kimi tərtib edilib.

Kitabın məsləhətçisi, \"Səs İnformasiya Agentliyi\"nin icraçı direktoru Vəli Vəliyev kitab haqqında danışaraq qeyd edib ki, \"Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat\" kitabında toplanmış tarixi sənədlər və statistik məlumatlar yeniyetmə və gənclərin mariflənməsinə və onların hərbi-vətənpərvər ruhunda böyüməsinə təsir edəcəkdir.

Tədbirdə qeyri hökumət təşkilatlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları çıxış edərək \"Müharibədən zərər çəkmiş ailələrin sosial problemlərin həllinə hüquqi dəstək\" layihəsi sayəsində görülən işləri və layihə çərçivəsində çap olunmuş \"Müharibədən zərər çəkmiş əhali və ərazi haqda statistik məlumat\" maarifləndirmə kitabını tədqirəlayiq hesab edərək, yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə