Tədbiri giriş nitqi ilə Bakcell-in Baş icraçı direktoru Riçard Şirer açaraq jurnalistlərə "DoğmaCin" tarifi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, ölkə ərazisinin 92 faizini əhatə edən Bakcell şəbəkəsi Azərbaycanın ən ucqar nöqtələrində belə yeni baza stansiyaları quraşdırmaqla əhalini yüksək keyfiyyətli mobil rabitə ilə təchiz edir: "Bununla yanaşı xüsusi olaraq regionlarda yaşayan əhali üçün yaradılan "DoğmaCin" tarif planı əhalinin Bakcell xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə etməsinə imkan yaradır. İstifadəyə verildiyi gündən çox böyük marağa səbəb olan və hazırda regionlar üçün ən sərfəli tarif planı sayılan "DoğmaCin" əhatə dairəsini daim genişləndirməkdədir".
İcraçı direktor bildirdi ki, "DoğmaCin" daha geniş əhali kütlələrinə çatdırılması məqsədilə Bakcell bu tarif üçün yeni reklam kampaniyasına start verib: "Bu kampaniya çərçivəsində Bakcell-in siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə respublikanın müxtəlif bölgələrində televiziya çarxları çəkilib".
Onun sözlərinə görə, Bakcell-in bir müddət əvvəl regionlarda əhali arasında keçirdiyi sorğunun nəticələrinə görə, D.Əliyeva respondentlər tərəfindən ən məşhur inanılan incəsənət nümayəndəsi və aparıcı kimi qiymətləndirilib. Qeyd olundu ki, layihə çərçivəsində D.Əliyeva ən ucqar regionlar daxil olmaqla respublikanın 9 bölgəsinə səyahət edəcək, yerli əhali ilə təmasda olacaq və "DoğmaCin" tarifinin üstünlüklərini nümayiş etdirəcək. Daha sonra tədbirdə Bakcell-in "DoğmaCin" layihəsini əks etdirən 3 videoçarx nümayiş olunub. Bu çarxlarda aktrisa D.Əliyeva Şəki, Gəncə, Lənkərana səyahət edərək bu tarifin üstün cəhətlərini yerli sakinlərin diqqətinə çatdırıb.
Bu arada qeyd edək ki, Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Eurovision 2012 mahnı müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nı binadaxili mobil rabitə sistemi ilə təchiz etdiyinə və yarış zamanı yüksək keyfiyyətli mobil rabitə xidməti göstərdiyinə görə nüfuzlu "GTB Innovation Award 2012" ("GTB İnnovasiya Mükafatı 2012") beynəlxalq mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB