Gəncədə millət vəkilləri “Alın yazısı” tamaşasını izləyib

Gəncədə Qurtuluş Günü bir sıra geniş tədbirlərlə yadda qalıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, ilk olaraq ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb. Müstəqillik dönəmində xüsusi yer tutan Qurtuluş Günü ilə bağlı keçirilən tədbirlərə millət vəkilləri Hadı Rəcəbli, Arif Rəhimzadə, Asəf Hağıyev və digərləri də qatılıb.

Anım tədbiri Gəncə Dövlət Dram Teatırının aktyor truppasının Aydın Murovdağlının qələmə aldığı və Vaqif Şərifovun quruluş verdiyi "Alın yazısı" ədəbi-bədii kompozisiyaya baxıblar. Bildirək ki, səhnə əsərində sovet imperiyasının mustəqilliyimizə vurduğu zərbələrdən həmçinin dövlətimizin ağır günündə ulu öndərin Azərbaycana gəlişindən danışılır. Təxminən iki saat davam edən tamaşa böyuk marağa səbəb olub.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə