\"Azərbaycan müstəqilliyinin xilaskarı və qurucusu\"

Bu gün Gəncədə \"Heydər Əliyev Azərbaycanın müstəqilliyinin xilaskarı və qurucusudur\" mövzusunda tədbir keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbir Gəncə şəhər İcra Hakimiyyətinin akt zalında öz işinə başlayıb.

Konfransda çıxış edən Milli Məclisin komitə sədri Arif Rəhimzadə Milli Qurtuluş hərəkatının Gəncə səhifəsinə nəzər salıb. Bildirilib ki, vətəndaş müharibəsinin baş verdiyi dönəmdən Heydər Əliyenvin Gəncəyə gəlişi bununla da qardaş qırğınını vaxtında alınması ölkəmizin gələcək tarixində xüsusi yer tutur. Həmin vaxtdan parçalanmaqdan xilas olan Azərbaycan özünün inkişaf mərhələsinə qədəm qoyub.

Qeyd edək ki, konfransda Gürcüstan və Kuzey Kıbrıs Türk Cümhuriyyətindən də nümayəndələr iştirak edib. Ümumilikdə Heydər Əliyev müstəqil Azərbaycanda hüquqi demokratik dövlətin qurucusu, müasir turk dünyasında Heydər Əliyev fenomeni, Heydər Əliyev şəxsiyyəti və Milli Qurtuluşun təntənəsi mövzularında məruzələr dinlənilib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə