“Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi\"
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Gəncə şəhərində "Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi" mövzusunda seminar keçirilib. Komitədən SİA-ya verilən xəbərə görə, tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Seminarda komitənin mərkəzi aparatının və müvafiq regionda fəaliyyət göstərən ərazi qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbirdə GİZ-in layihə rəhbəri Vulf Şimider və Almaniyalı ekspert Manfred Lange iştirak ediblər. Xarici ekspertlər çıxış edərək Almaniyada və digər Avropa ölkələrində daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri sahəsində beynəlxalq təcrübə barədə ətraflı məlumat veriliblər. Eyni zamanda dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun dünya praktikasına əsasən həyata keçirilməsi məsələləri açıqlanmışdır. Tədbirdə dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr və onların tətbiqi qaydaları şərh edilib.
Seminarda daşınmaz əmlakının idarə edilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə qarşılıqlı diskusiyalar aparılıb. Tədbirlərin sonunda iştirakçılara sertifikatlar verilib. Komitə bundan sonra da müvafiq istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB