Azərbaycan Gənclər Fondu bölgələr üzrə təqdimatları davam etdirir. Fonddan SİA-ya verilən xəbərə görə, artıq Quba, Qəbələ, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq fond haqqında təqdimat edib. Gənclərə layihələrini necə maliyyələşdirə biləcəkləri haqda ətraflı məlumat verib.
Bugün isə növbəti təqdimat Göyçay rayonunda təşkil olunacaq. Belə ki, zonal mərkəz olaraq
təyin olunmuş Göyçaya Göyçay, Qobustan, Ağsu, Ağdaş, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı kimi şəhərlərdən gənclər qoşulacaqlar. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gəncin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli, 542 saylı Fərmanı ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB