Əli Əhmədov Milli Qurtuluş Günü ilə bağlı YAP Gənclər Birliyində mühazirə oxuyub
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Universal Gənclik" layihəsi çərçivəsində növbəti mühazirəni "Milli Qurtuluş Günü" nə həsr edib. Bu münasibətlə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov mühazirə ilə çıxış edib. O, 1993-cü ilin 15 iyun gününün Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş günü kimi daxil olduğunu deyib və qeyd edib ki, bu gün onun fəlsəfəsini dərindən dərk edən özünü millət, vətən adına məsuliyyətli hesab edən hər bir gənc üçün çox əzizdir: "15 iyun əsl Qurtuluş tarixi Azərbaycanda ölüm-dirim mübarizəsini tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan daim xalqına arxalanan və xalqa arxa olan bir insan Heydər Əliyevdir.
1991-1993 -cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən vətən torpaqlarımız işğala məruz qalıb, əhali ərzaq qıtlığı ilə üzləşib, minlərlə soydaşımız vətənindən didərgin düşüb, hətta böhran son həddə vətəndaş müharibəsinə qədər yüksələ bilib. 1993-cü ilin iyun ayında isə hökumət böhranı ən acınacaqlı həddə çatıb.
Bu anda isə xalqı qırğından səfalətdən, vətən torpaqlarını təhlükədən xilas etmək gücündə olan bir insan - xalqın ümid yeri olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxıb. Öz uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır durumdan xilas edib.
Məhz buna görə bu günü-Milli Lider Heydər Əliyevin 15 iyun tarixində olan hakimiyyətə qayıdışını xalqımız Milli Qurtuluş günü kimi qeyd edir".
Mühazirədən sonra YAP Gənclər Birliyinin üzvləri "Milli Qurtuluş Günü" ilə bağlı Bulvarda fləşmob keçirəcək. Xüsusi geyimdə olan gənclərin üzərində 15 iyun "Milli Qurtuluş Günü" yazılmış böyük şarı səmaya buraxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB