AŞPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri mətbuat konfransı keçirdi - FOTO

AŞPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri mətbuat konfransı keçirdi - FOTO

Bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin həmməruzəçiləri Azərbaycana səfərlərinin yekununa dair mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, AŞPA-nın həmməruçisi Pedro Aqramunt bildirib ki, səfərin əsas məqsədi monitorinq komitəsinin səfərini həyata keçirmək və qurum tərəfindən Azərbaycanın qarşısına qoyulan müəyyən öhdəliklərin, vəzifələrin yerinə yetirilib-yetirilməməsi ilə bağlı məsələni yerindəcə öyrənmək və geriyə qayıtdıqdan sonra bununla bağlı hesabatı hazırlamaqdan ibarətdir.


Həmməruzəçi qeyd edib ki, səfər ərəfəsində bir çox görüşlər olub və sabah da bunlar davam etdiriləcək. Belə ki, qonaqlar Eynulla Fətullayev, dini icmanın üzvlərilə, müxalifət və iqtidar partiyanın üzvləri ilə görüşüblər.


Milli Məclisdə komitə sədir Əli Hüseynli ilə görüş olub və burada da Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin müzakirə edilib. Ədliyyə naziri Fikrət Məmmədovla görüş keçirilib. Bu günün son görüşü isə Prezident Administrasiyasının rəhbəri, akademik Ramuiz Mehdiyevlə olub.


Daha sonra çıxış edən AŞPA-nın həmməruzəçisi Jozef Debono Grech çıxış edərək qeyd edib ki, Azərbaycana səfərdə əsasən Azərbaycan tərəfin öz üzərinə götürdüyü öhdəliklər müzakirə edilib. Həmçinin, 2011-ci ilin mart və aprel ayında saxlanılan 7 jurnalistin azadlığa buraxılması ilə bağlı Prezident Administrasiyasının üzvləri ilə danışıqlar aparılıb. Onlar ümid etdiklərini bildiriblər ki, həmin jurnalistlərin tezlikə azadlığa çıxacaq.


Sonda qeyd olunub ki, Azərbaycandakı səfər tam başa çatdıqdan sonra bütün görüşləri əks etdirən hesabat hazırlanacaq və bu hesabat bəyanat şəklində yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə