İmişli rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. SİA-nın verdiyi məlumata görə, buna səbəb kimi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu kadr siyasətini göstərmək olar. İslahatların müsbət nəticəsi İmişli rayonunda özünü açıq şəkildə biruzə verir.
14 aprel 2012-ci il tarixdə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən İmişli rayonuna yeni icra başçısı təyin edilməsi ciddi dəyişikliklərə təkan verib. İlk öncə Göygöl, sonra Samux rayonunda icra başçısı vəzifəsində çalışan Vilyam Hacıyev İmişli rayonuna təyin edildiyi andan bütün sahələrdə müasir dəyişikliyə, inkişafa start verilib. Görülən işlərin davam etdirilərək sürətlənməsinə Prezident İlham Əliyev dəstək verərək ehtiyyat fondundan vəsaitin ayrılması dövlətin yerlərə diqqət göstərməsindən xəbər verir.
SİA-nın Aran bürosuna məlumat verən İmişli Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səfa Ağayev bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına hal- hazırda İmişli rayonundakı Heydər Əliyev adına istirahət parkında yenidənqurma və əsaslı təmir işləri başa çatdırılıb. Parkın ərazisi genişləndirilərək 18 min kvadratmetr əhatə olunub və 3 giriş qapısı tikilib. Eyni zamanda parkın 10 min kvadratmetr ərazisinə tamet piltələr döşənib. Parkda xaricidən gətirilən 60 ədəd oturacağ, 2 metr hündürlüyündə 1 plafonlu 60 ədəd, 20 ədəd isə 3-5 plafonlu müasir tipli işıq dirəkləri quraşdırılıb. Parkın 7070 kvadratmetr ərazisini yaşıllıq zolağı, 930 kvadratmetr ərazisini isə fantan kompleksi təşkil edir. Rayon sakinlərin istirahətinin səmərəli təşkil edilməsi üçün parkın ərazisində mədəni tədbirlərin keçirilməsi üçün 500 nəfərlik oturacağı olan konsert kompleksidə tikilib. Parkda ucaldılan Heydər Əliyev abidəsinin də ətrafında yaşıllıq zolağı, mərmər üzlüklərin vurulması, işıqlanma sisteminin yardılması işləri başa çatdırılıb. Hal-hazırda İmişli şəhərinin Heydər Əliyev prospektində, S.Fətəliyev, M.Əzizibəyov, A.Şadlınski, S.Ağamoğlanoğlu, 20 Yanvar, H.Aslanov küçələrində, M.Ə.Sabir adına istirahət parkında geniş abadlıq quruculuq işləri həyata keçirilir. Tikinti işlərində İmişli sakinlərindən təşkil olunan 40 yaxın işçi briqadası çalışır. Şəhərin giriş qapıları yenidən inşa olunur, hasarlar çəkilərək ağ lay daşlarla üzlənir. Yollarda yeni işıqlanma sistemi yaradılaraq dirəklər qurulur. Sosial obyektlər sırasında Heydər Əliyev adına Mərkəz, Tarix Diyarşunaslıq Muzeyi, Şahmat Məktəbi, dəmir yol vağzalının qarşısında Bayraq Meydanı tikilməkdədir. Həmin küçələrdə ticarət və xidmət obyektlərinin, yaşayış binalarının fasad və dam örtüyü müasir memarlıq üslubunda təmir edilir. Şəhərin mərkəzində Heydər Əliyev prospektində, S.Fətəliyev, M.Əzizbəyov, A.Şadlınski küçələrində sakinlərə məxsus fərdi yaşayış həyət evlərinin darvazaları dəyişdirilərək eyni formalı qapılarla əvəz olunması nəzərdə tutulub.
Rayon icra hakimiyyəti rəsmisinin sözlərinə görə, İmişlidə görüləcək işlər çoxdur və bundan sonrada Prezident İlham Əliyevin tapşırıq və göstərişinə əsasən davam etdiriləcəkdir. İmişlinin simasi yaxın aylarda tamami ilə dəyişəcəkdir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB