Gənclər təşkilatı Avropa Gənclər Klubları Konfederasiyasına üzv oldu

Gənclər təşkilatı Avropa Gənclər Klubları Konfederasiyasına üzv oldu

Gənclər üçün Təhsil Mərkəzinin üzv olmaq məqsədi ilə Avropa Gənclər Klubları Konfederasiyası ünvanladığı müraciət müsbət cavab verilib. Mərkəzin direktor müavini Rasim Ağayevin SİA-ya verdiyi xəbərə görə, bununla bağlı artıq danışıqlar da başlayıb. Mərkəzin üzvlük məsələsi konfederasiyanın bir neçə iclasında ciddi müzakirə edilib və qoyulan kriteriyalara uyğun gəldiyi üçün yekun təqdimat sənədi hazırlanıb.


14-18 iyun tarixlərində keçiriləcək müzakirələrdə Gənclər üçün Təhsil Mərkəzinin Konfederasiyada Azərbaycanı təmsil etməsinə və üzvlüyünə dair yekun qərar veriləcək. Mərkəz rəhbərliyinin Danimarkada keçiriləcək toplantıda iştirakına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dəstək verir. Bu nüfuzlu beynəlxalq qurumda təmsilçilik mərkəzlə yanaşı, Azərbaycan gənclərinin Avropaya inteqrasiya prosesində xeyli əhəmiyyətə malik olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə