RATİ-nin rəhbəri ombudsmandan xahiş etdi

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Ombudsman Aparatına zəng edərək, rəhbərlik etdiyi qurumun əməkdaşı Mehman Hüseynovun dünən Səbail Rayon Polis İdarəsində (RPİ) saxlanıldığını bildirib və saxlanma şəraiti, ona qarşı rəftarın araşdırılmasını xahiş edib.


Ombudsman Aparatının əməkdaşı Səbail RPİ-nin müvəqqəti saxlama təcridxanasına (MST) başçəkmə həyata keçirərək Mehman Hüseynovla görüşüb, onun saxlanma şəraitini araşdırıb, bədəninə baxış keçirib, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işinin başlandığı müəyyən edilib. Həmin şəxs saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı rəftardan narazılığını bildirməyib, hər hansı kobudluğa yol verilmədiyini, vəkillə təmin edildiyini, eyni zamanda saxlanmasının əsassız olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə